Paytaxtdakı hosteldə müəmmalı ölüm



 

Bakıda hosteldə ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 14-ü gecə saatlarında qeydə alınıb. 28 yaşlı Abbasov Amin İlqar oğlu qalmaq üçün getdiyi hosteldə qəflətən ölüb.

Onun hansı səbəbdən öldüyü dəqiq bilinmir.

Faktla bağlı araşdırma aparılır.