Dünən yol qəzalarında beş nəfər ölüb



 

Ötən gün Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, oktyabrın 14-də avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə beş nəfər ölüb, iki nəfər yaralanıb.