“Neftçi”nin prezidenti: “Biz gəlirlərimizin o qədər artmasını istəyirik ki...”



 

 

“Bu gün dünya pandemiyadan əziyyət çəkir. Ona görə əməkdaşlıq etmək istədiyimiz şirkətlərin sayı çox olmalıdır. Düşünürəm ki, nə qədər çox çempion olsaq, bir o qədər bizə maraq artacaq”.

SeherXeber.org-un xəbərinə görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O bu gün bağlanılan əməkdaşlıq müqaviləsindən sonra müəyyən fikirlər səsləndirib. K.Quliyev bildirib ki, daha çox şirkətlə əməkdaşlıq etmək onların arzusudur:

“Neftçi”nin büdcəsinə gəlir 40 faiz əlavə şirkətlərdən, 60 faiz SOCAR-dan gəlir. Biz istəyirik ki, gəlirlərimizi o qədər artıraq ki, bu rəqəmi bərabərləşdirək. Belə olsa, komandanın əsas sponsordan istəyi də azalar”.

Kamran Quliyev onu da bildirib ki, klubun Bakıxanov qəsəbəsində yerləşən bazasında görüləcək işlərinin icrasına tezliklə başlanılacaq.

Səbuhi Musayev