Şəhidləri təhqir edən şəxsi döyənlər saxlanıldı



 

Ötən gün sosial şəbəkələrdə Tovuz rayon sakini Aqil İbrahimovun sərxoş halda Vətən müharibəsi şəhidi barədə nalayiq ifadələr işlətdiyinə görə bir qrup şəxs tərəfindən döyülərək qəbiristanlıqda şəhid məzarlarından üzr istədilməsini əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, məsələ ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri - Taleh Hüseynov, Sürət Məmmədov, Tural Əhmədov, Elşad Rzayev, Elnur Bayramov, Əli Hüseynzadə və Telman Nağıyev saxlanılıb.

Hazırda RPŞ-də araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət