Salyanda avtomobil velosipedçini vuraraq öldürüb



 

Salyan rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kəndində qeydə alınıb.

Kənd sakini, Asiman Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobil velisopedlə hərəkətdə olan Noxudlu kənd sakini, 1977-ci il təvəllüdlü Raqif Orucovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.