Sosial vəziyyət gərginləşir



 

Artıq deputatlar da, dil açdı

 Son illər ölkəmizdə insanların həyat səviyyəsi çox aşağı düşüb. Ancaq, hökumətimiz, xalqı milləti talayaraq milyonlara sahib olan məmurlarımız bunu etiraf etmək istəmirlər. Bir çox hallarda qanunverici orqan olan parlamentin bir çox deputatları da, məmurları dəstəkləyərək, vətəndaşların yüksələn rifah səviyyəsindən «dəm vururlar».

Son zamanlar isə sosial vəziyyətin ağırlaşdığı barədə məmurlar sussalar da, artıq bir sıra deputatlar bunu parlamentin tribunasından belə, səsləndirmək məcburiyyətində qaldılar. Çünki ölkəmizdə minimum pensiya 200 manat, minimum əmək haqqı 250 manat olduğu halda, insanların rifahının yüksəlişindən danışmaq, ən azından vicdansızlıqdır. Hər kəsə məlumdur ki, bu pula yaşamaq mümkün deyil. Ona görə , çox istərdim ki, hörmətli Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev cavab versin ki, bu pula necə yaşamaq olar? İki gündən bir SOCAR, «Azərsu», «Azəriqaz», «Azərişıq» s. qurumlar qiymətlərin qaldırılması üçün «əsaslandırılmış faktlar» icad edərək, Tarif (Qiymət) Şurasına müraciət edir, bu Şura da heç bir yoxlama, araşdırma aparmadan, onların təqdim etdikləri «əsaslandırmanı» əllərində dəstəvuz edərək qiymətləri qaldırır. Bəc üçün, ölkəmizdə əməyin qorunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına, əməyə görə adekvat əmək haqqının ödənilməsinə, eləcə , əhalinin sosial müdafiəsinə məsul olan Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bir dəfə olsun parlament, yaxud hökumət qarşısında məsələ qaldırmır ki, bu millət yazıqdır, bugünkü halda insan ayda 200-300 manata yaşaya bilməz. Bu, onları ac-yalavac küçəyə atmaq kimi bir şeydir. Yox, demir, susur, çünki bu məmurlar çetesinin hər ay ən azından 2-3 min (mən halal maaşlarını nəzərdə tuturam, inanmıram ki, bizim məmurlarımız «harama əl uzatsınlar») manat xərcləmək imkanları var,  yəni əməkçi insanlardan bütün həyatını əməyə sərf edən pensiyaçılardan 10-15 dəfə çox.

Deputat Sabir Rüstəmxanlı parlamentdə haqlı olaraq soruşdu ki, ölkəmizdə, ümumiyyətlə qiymətləri tənzimləyən bir qurum varmı? Sonra da təklif etdi ki, bu məsələnin müzakirəsi uçun parlamentin ayrıca iclası çağrılsın.

Bütün deyilənlərdən çıxan nəticə budur ki, parlamentdə hökumətdə sosial məsələlərin geniş müzakirə olunmasının vaxtı artıq çoxdan çatıb. Amma bu qurumlarda sadə insanların səsini eşitmək istəyən yoxdur. Hökumət isə özü çalır, özü oynayır, xalqın oynamaq halında olmadığını isə görmək belə istəmir.

Rəhmətlik Sabir əfəndimiz (M. Ə.S.) demişkən:

Millət necə tarac olur, olsun işim var?!

Düşmənlərə möhtac olur, olsun işim var?!

Qoy mən tox olum, özgələri ilə nədir karəm,

Dünyəvü cahan ac olur olsun, işim var?!

 

Amma bir ağır gün gələndə meydanda ancaq kasıblar olur. 44 günlük Vətən Müharibəsi , bunu bir daha sübut etdi.

Bəzən deyirlər, sən niyə bu hökumətin işinə qarışırsan ki, bu günə qalasan, «palaza bürün, ellə sürün»  Əslində, mən karəyəm ki, hökumətin işinə qarışım, sadəcə bir kasıb yazaram ki, Sabir əfəndi demişkən:

Şairəm, əsrimin ayinəsiyəm,

Məndə hər kəs görür öz göz-qaşını;

Necə kim, dün «Birisi» baxdı mənə,

Gördü ayinədə ancaq özünü.

yaxud,

 

Şairəm, çünki vəzifəm budur əşar yazım,

Gördüyüm nikü bədi eyləyim izhar, yazım,

Günü parlaq, gündüzü , gecəni tar yazım,

Pisi pis, əyrini əyri, düzü həmvar yazım,

Niyə bəs böylə bərəldirsən, a qare gözünü?

Yoxsa bu ayinədə əyri görürsən özünü?!

 

Bax, dostlar, mən şair olmasam belə, gördüklərimi, eşitdiklərimi, bildiklərimi, bilmədiklərimi belə, sizin diqqətinizə çatdırmağa çalışıram ki, xəbəriniz olsun, bunları mən bilirəmsə, demək ki, bunları bilməyən yoxdur, bu məmləkətdə. Amma heç kim gözündəki tiri belə, görmək istəmir, onu da anlamaq istəmirlər ki, o tir başını yaranda, artıq çox gec olacaq! 

 Yusif Seyid