Ən yaxşı günlərini daşa həkk et



 

Şəmsəddin Əliyev yazır: "İnciməyini qum üzərində yaz,sevincini və ən yaxşı günlərini isə daşa həkk et.

Səhrada yol gedən iki dost aralarında baş verən mübahisə zamanı biri digərinə bir sillə vurur.Sonuncu ağrıdan incisə də heç nə demədən əyilib qum üzərində bu sözləri yazır:"Bu gün ən yaxın dostum mənə bir sillə vurdu."
Yoluna davam edirlər.Qarşılarına bir vahə -yaşıl zona çıxır.Hər iki dost sevinir və çimməyə qərar verirlər.Sillələnən dosta dostu kömək etməsəydi yəqin boğulacaqdı.Özünə gələndən sonra daş üzərində,"Bu gün ən yaxşı dostum həyatımı xilas etdi",sözlərini həkk edir.
Bunu görən dostu sual edir:Sənin xətrinə dəydiyimi qumun üzərində yazdın.Amma indi, niyə daş üzərində?
Dostu cavab verir: Kim xətrinə dəyirsə,incidiyini qum üzərində yaz ki,külək onu silə bilsin.Amma nə vaxtsa və kimsə sənə bir yaxşılıq edərsə ,onu da daşa həkk et ki, unudulmasın və heç bir külək silib,süpürə bilməsin.
Ona görə də əziz dost, incidiyini quma yazmağı,sevincini daşa həkk etməyi öyrən!
Belə-belə işlər, əziz dostlar və qardaşlar..."

SeherXeber.org