Benzemadan hicama paylaşımı – FOTO



 

Madrid “Real”ının ulduzu Kərim Benzema müalicəvi hicama prosedurundan keçib.

Əlcəzair əsilli Fransa futbolçusu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“İndiyədək ən yaxşı müalicə... Əlhəmdüllah” yazan futbolçu müvafiq fotosunu da dərc edib.

Qeyd edək ki, 2009-cu ildən kral klubunda çıxış edən Benzema burada keçirdiyi 569 oyunda 289 qola imza atıb.