Ad dəyişir, mahiyyət dəyişmir 



 

SeherXeber.org xəbər verir ki, Azərbaycan öz inkişaf strategiyası baxımından, elə ölkələr siyahısında yer alır ki, burada bütün işlər görüntü və hesabat xarakteri daşıyır. Bu işlərin bir səmərə verib-verməyəcəyi isa o qədər də əhəmiyyətli deyil. Bu baxımdan, bir nəfər üçün yaradılan qurum və strukturlar daha ağır nəticə və fəsadlara səbəb olur. Bunun ağırısını isə xalq şəkir. Bu qurum, yaxud strukturların ömrü isə həmin şəxs vəzifədən çıxarılana qədər olur. Ondan sonra ya ləğv olunur, ya da başqa bir qruma birləşdirilir. Mahiyyət etibarı ilə isə heç nə dəyişmir. Mən hamısının adlarını sadalamaq istəmirəm, nümynə üçün deyim: Dövlət Sosial Müdafiə Fondu, şəxsən Səlim Müslümov üçün yaradılmışdı.O, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə təyinat aldıqdan sonra, Fond həmin nazirliyin bir strukturu kimi fəaliyyətini davam etdirdi. Xalqa və dövlətə «misilsiz xidmətlərinə görə», hazırda «layir olduğu sanatoriyada» istirahət edən Səlim Müslümov bu qurumlarda elə bir rüşvət labirinti qurub ki, Sahil Babayev neçə illərdir həmin labirintdən çıxa bilmir.
İkinci bir əvəz olunmaz persona Nəqliyyat Naziri Ziya Məmmədov. O, görəvindən alındıqdan sonra bu nazirlik, ümumiyyətlə pərən-pərən oldu. Nazirliyin səlahiyyətləri müxtəlif qurumlar arasında bölündü və nəhayət, Rabitə, Həqliyyat və Yüksək  Texnologiyalar Nazirliyi yaradılaraq qalan səlahiyyətlər də ona verildi. Amma, heç kim bu qurumlarda hansısa, müsbət dəyişikliklərin baş verdiyini hiss etmədi.
Bu gün hansısa səbəbdən Rabitə, Həqliyyat və Yüksək  Texnologiyalar Nazirliyinin adını dəyişirlər. Bundan sonra həmin nazirlik Rəqəmsal İinkişaf və Nəqliyyat Nazirliyi adlanacaq. Maraqlıdır, bununla həmin nazirliyin strukturuna aid olan sahələrdə müsbət dəyişikliklər müşahidə edə biləcəyikmi? Bu sualın da cavabını siz verin. Onlar onsuzda susmağa üstünlük verəcəklər, çünki deyəcəkləri bir şey yoxdur. Azərbaycan xalqı isə artıq nağıllara inanmır!
 
Yusif Seyid