Vətəndaşlardan bank kartlarının nömrələrini soruşan dörd nəfər saxlanıldı - FOTO



 

 

Bir müddətdir sosial şəbəkədə özlərini banklardan birinin əməkdaşı kimi təqdim edən şəxsin bank müşatərilərinə yazdığı mesajlar gündəm olub. 

SeherXeber.org xəbər verir ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər yerli və xarici nömrələr vasitəsilə bank müştərilərinə yazaraq onlardan kart nömrələrini və PİN kodlarını istəyiblər. Online sorğu adı ilə yazdıqları şəxslər arasında isə buna aldananlar da var. Məsələ ilə bağlı sosial şəbəkədə paylaşılan məlumatların sayı günbəgün artıb. 

Bununla əlaqədar şikayətləri nəzərə alan Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı ciddi tədbir görüb. 

Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev SeherXeber.org-a açıqlamasında deyib ki, yayılan məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb:

“Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”.