İraqda parlament seçkilərinin nəticələri açıqlanıb



 

İraqda keçirilən parlament seçkilərinin yekun olmayan nəticələri açıqlanıb.

Məlumata görə, 329 deputatın təmsil olunduğu Məclisdə şiə lideri Müqtəda əs-Sədrə bağlı olan Sədr qrupu 73 yer əldə edərək birinci yeri tutub.

Parlamentin ikinci böyük qrupu isə 38 deputat mandatı qazanan Məclis sədri Məhəmməd Halbusinin liderlik etdiyi və sünni qruplaşma kimi tanınan Təqaddüm Partiyası olub.

Üçüncülüyü 37 yer alan keçmiş Baş nazir Nuri əl-Malikinin Qanun Dövləti Koalisiyası təmin edib.

Qeyd olunub ki, 2003-cü ildən bəri keçirilən sayca beşinci parlament seçkilərində ölkə seçicilərinin 41%-i iştirak edib və bu, həmin dövrdən indiyədək qeydə alınan ən aşağı fəallıq göstəricisi olub.

Mənbə: “Haber Global”