ABŞ-da silahlı atışma: Ölən və onlarla yaralının olduğu bildirilir - VİDEO
ABŞ-ın Minnesota ştatında əyləncə klublarının birində baş verən atışma nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Bu barədə Sent-Pol şəhər polis departamenti məlumat yayıb.
Silahlı insidentin təfərrüatı barədə hələlik məlumat verilmir.
Polis hadisə baş verən ərazini nəzarətə götürüb
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Mənbə: “RİA Novosti”