77 yaşlı Çexiya Prezidenti xəstəxanaya yerləşdirilib



 

Çexiya Prezidenti Miloş Zemanın səhhətində problemlər yaşanıb, siyasətçi xəstəxanaya yerləşdirilib.

77 yaşlı Prezidentin hazırkı durumu barədə əlavə məlumat verilmir.

Qeyd edək ki, bu gün Çexiyada parlament seçkilərinin nəticələri elan olunub.

Seçkilərin qalibi üç liberal partiya və hərəkatı birləşdirən “Birlikdə” koalisiyası olub.

Seçkilərdə seçici fəalliğı 65,43 faiz təşkil edib.

Mənbə: “İzvestiya”