Gürcüstanda yeddimərtəbəli yaşayış binasının bir bloku çöküb - FOTO/VİDEO



 

Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

Hadisənin səbəbi hələlik məlum deyil. Uçqun yerində təcili yardım qrupları, yanğınsöndürənlər və xilasedicilər işləyir. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

İlkin məlumata görə, dağıntılar altında uşaqlar da ola bilər. Şahidlərin sözlərinə görə, evin bir girişi çöküb.

Mənbə: batumelebi.ge