Avropada qazın qiyməti rekord həddə çatdı



 

 

Oktyabrın 5-də keçirilən beynəlxalq ticarət aksiyaları zamanı Avropada qazın qiyməti yenidən rekordu yeniləyib.

Belə ki, 1000 kubmetr mavi yanacağın qiyməti 1250 ABŞ dolları olub. Bunu ICE birjasının məlumatları sübut edir.

Niderlandın TTF birjasında noyabr fyuçersləri üçün qazın 1000 kubmetrinin dəyəri 1247,4 dollar olub.