Yapon investorların Qarabağa vəsait qoyması gündəmdədir



 

“Bu günə kimi Azərbaycana 10 milyon ABŞ dolları dəyərində investisiya yatırılıb”.

SeherXeber.org-un məlumatına görə, bunu Yaponiyanın TET Beynəlxalq İnkişaf Şirkətinin prezidenti Taro Savada San bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bir sıra rayonlarında zavodlar açılıb:

“Yatırılmış investisiyalar aqrar sahəyə aiddir. 2024-cü ilə qədər Azərbaycana qoyulacaq investisiyanın həcminin 40 milyon dollar olacağı proqnozlaşdırılır”.

O qeyd edib ki, Qarabağın bərpası üçün investisiyaların yatırılması planlaşdırılır.

İlhamə Əbülfət