Yapon biznesmenlər Azərbaycanda siqaret biznesinə nə qədər vəsait qoyub? - RƏSMİ



 

“Azərbaycan Sahibkarlar Konfederasiyası müxtəlif beynəlxalq təşkilatlar və investorlarla əlaqələr yaratmaq imkanlarından geniş istifadə edir”.

SeherXeber.org-un məlumatına görə, bunu Azərbaycan-Yaponiya İnvestisiya Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, yapon investorlarının təsis etdiyi “TET International Development” şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvlərindən biridir: 

“Son iki ildə TET şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında dörd tütün emalı müəssisəsi açaraq ümumilikdə iqtisadiyyata 10 milyon ABŞ dollardan artıq investisiya yatırıb”. 

Qeyd edək ki, bu il sentyabrın əvvəlində yapon investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib.

İlhamə Əbülfət