Neymar, Messi və Mbappeli PSJ Fransa çempionatında ilk dəfə məğlub oldu - VİDEO



 

 

Futbol üzrə Fransa çempionatında PSJ klubu ilk dəfə məğlub olub.

"Renn"lə qarşılaşan paytaxt klubu səfərdə öz qapısından iki cavabsız top buraxıb - 2:0.

Ev sahibinin heyətində hücumçu Qaetan Labord və yarımmüdafiəçi Flavena Te fərqlənib.

Qeyd edək ki, Paris klubunun hücumçusu Lionel Messi və Mbappe bütün 90 dəqiqəni meydanda olub. Neymar isə matçın 76-cı dəqiqəsində əvəzlənib.