İbrahimoviç yubileyini qeyd etdi - VİDEO



 

İtaliyanın “Milan” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç oktyabrın üçündə 40 yaşını qeyd edib.

Yubiley yaşını qeyd edən İbrahimoviçin şərəfinə təşkil olunmuş tədbirə “Milan”ın futbolçuları, komandanın texniki heyəti, həkimləri, işçiləri dəvət edilib.

Qeyd edək ki, “Milan” bu gün İtaliya A Seriasında “Atalanta” ilə qarşılaşacaq.

Mənbə: “Sporxtv”