Sərgən Yalçın qovuldu, “Beşiktaş” qalib gəldi - VİDEO



 

Türkiyə Super Liqasında VIII tur davam edir.

SeherXeber.org xəbər verir ki, son çempion “Beşiktaş” doğma meydanda “Sivasspor”u qəbul edib.

Görüş “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın gedişində kənara gələn topa zərbə vuraraq onu meydanın mərkəzinə yollayan “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb və meydanın kənarından qovulub.

Komanda isə Güvən Yalçının vurduğu iki qol və Rıdvan Yılmazın avtoqolu sayəsində qələbə qazanıb.

Görüşdən kadrları təqdim edirik:

Zaur Xudiyev