“TuranBank”ın AYİB ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihəsi uğurla başa çatıb



 

Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən “TuranBank” Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə Maliyyə Vasitəçilərinin Bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi I texniki dəstək layihəsini uğurla tamamlayıb.

Risk, komplayns modulları çərçivəsində həyata keçirilən layihə bankda risk nəzarət tədbirlərinin effektiv idarəsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə edib. Layihə çərçivəsində əldə edilən nəticələrin Bankda növbəti mərhələlərdə tətbiqinə başlanılması planlaşdırılır.

Layihə nüfuzlu beynəlxalq konsultasiya təşkilatı olan “TA Consult Partners” şirkəti tərəfindən uğurla icra edilib. Adıçəkilən layihə Avropa Birliyi “EU4 Business initiative” Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilib.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.

“TuranBank”
Bizimlə etibarlıdır...