Müqəddəs kitablarda adı çəkilən meyvənin 1001 FAYDASI



 

Tövratda Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir s.) olduqca zəngindir.

Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.

Nar insanın ürək-damar, mədə-bağırsaq, immun s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır.

Nar çox yaxşı qurdqovucu təsirə malikdir.

Nar qan təzyiqini qanda olan qlyükozanın səviyyəsini aşağı salır bu səbəbdən nar hipertoniya şəkərli diabet (təbii ki, az miqdarda turş sortlar) xəstələri üçün çox xeyirlidir.

İnfeksion xəstəliklər cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır immun sistemi möhkəmləndirir.

Nar şirəsi ilə bağlı oxucularımıza bir məsləhət verə bilərik. Mədənin selikli qişasını güclü qıcıqlandıran dişlərin emalına mənfı təsir göstərə bilən bu şirə mütləq digər bir şirə ilə (məsələn, kök, çuğundur şirəsi ilə) ya qaynanmış su ilə 1/1 bərabərlikdə qarışdırılmalıdır.

Nar iltihabəleyhinə təsirinə malik olduğuna görə stomatit, tonzillit (angina) s. infeksiya, virus bakteriyalar tərəfindən törədilən xəstəliklər zamanı istifadə oluna bilər. Bunun üçün  ilıq şəkildə olan su ilə qarışdırılmış nar şirəsi ilə ağız boşluğunu boğazı qarqara etmək lazımdır.

İshal zamanı narın qabıqlarını qaynadıb gün ərzində 3-4 dəfə içmək lazımdır. Bu çox yaxşı nəticə verir.

Lakin bunu da bilmək lazımdır ki, bəzi xəstəliklər zamanı nar nar şirəsinin istifadəsi qadağandır. Bu xəstəliklərin sırasında - mədə onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, tez-tez təkrar olunan qəbizliklər.