Rusiyada radarlardan itən hərbi təyyarənin qalıqları tapıldı



 

Rusiyanın Xabarovsk diyarı yaxınlığında radarlardan itən “An-26” hərbi təyyarəsinin qalıqları tapılıb.

Xabarovskda yerləşən “Zapovednoye Priamurye” Dövlət Təbiət Qoruqları və Milli Parklar Birgə Direksiyasından da “An-26” tipli təyyarənin qalıqlarının tapılması ilə bağlı məlumatı təsdiqləyiblər.

Artıq axtarış və xilasetmə qrupunun hadisə yerinə yollandığı qeyd olunur.

Rusiya Fövqəladə Hallar Nazirliyinə əlavə ediblər ki, Xabarovsk yaxınlığında qəzaya uğrayan “An-26” təyyarəsinin ekipajının taleyi isə hələ də məlum deyil.

Xatırladaq ki, ötən gün Rusiyada “An-26” tipli hərbi təyyarə radarlardan itib. Təyyarənin göyərtəsində altı nəfər olub.