Bakıda tıxac olan yolların SİYAHISI



 

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. 

Bu barədə SeherXeber.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq müşahidə edilir. 

Eyni zamanda Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol  Atletlər kəndinin qarşısı mərkəz istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq var.