Bodrum içməli suya həsrət qala bilər - FOTO



 

Türkiyənin populyar turizm mərkəzlərindən olan Bodrum içməli suya həsrət qala bilər.

Belə ki, şəhərin tək su qaynağı olan Mumcular bəndində suyun səviyyəsi 10%-dən də aşağı düşüb.

Hövzənin quruması nəticəsində 40 il əvvəl suyun altında qalmış Bodrum-İzmir yolu üzə çıxıb.

Şəhər rəhbərliyi hazırda su çatışmazlığını Milasdakı su anbarı hesabına aradan qaldırmağa çalışır. Lakin bu anbarda da su ehtiyatının 35%-ə düşdüyü bildirilir.

Mənbə: “Haber Global”