İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO



 

İspaniyanın cənubunda aramsız yağan güclü leysan yağışlar daşqınlarla nəticələnib. Qranada şəhərindən paylaşılan görüntülərdə su axınının avtomobilləri özü ilə aparması əks olunub.

Hələ ki, ölən və zərərçəkənlər barədə məlumat verilməyib.

Qeyd edək ki, İspaniyanın Palma adasında (Kanar adaları) vulkan püskürməsi günlərdir ki, davam edir. Təbii fəlakət nəticəsində 200-ə yaxın ev tam və ya qismən yanaraq, yararsız hala düşüb, təqribən altı min insan təxliyyə olunub.