Aleksandr Musiyenko: “Qarabağdakı bu qəhrəmanlıq epizodu məni çox təsirləndirdi”



 

Azərbaycan ötən ilin payızında hərbi əməliyyatlar zamanı mərkəzi-şəbəkə müharibəsi səviyyəsinə keçdi, Ermənistan isə hələ də Sovet normalarına uyğun olaraq mübarizə aparırdı.

Bu barədə Ukrayna mətbuatı Qarabağda Vətən Müharibəsinin başlamasının ildönümü ərəfəsində yazır. Qeyd edək ki, mərkəzi-şəbəkə müharibəsi (network-centric warfare) - döyüş əməliyyatlarının iştirakçılarının vahid bir şəbəkəyə birləşməsini nəzərdə tutur.

Kiyev Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko -a müsahibəsində ötənilki müharibəni təsvir edərkən fərqli terminlərdən istifadə edilə biləcəyini qeyd etdi:

- Müharibənin özü onu aparmağın müxtəlif yollarını ehtiva edir. Azərbaycan təcrübəsi nə səbəbdən dəyərlidir? Məncə, Azərbaycan innovativ metodlaranı, yeni texnoloji həlləri klassik müharibə üsulları ilə birləşdirərək istifadə etməyin mümkün olduğunu nümayiş etdirdi.

Ukraynada Azərbaycan təcrübəsindən danışanda nədənsə, çox vaxt pilotsuz təyyarələri xatırlayırlar. Lakin dronlardan əlavə başqa silah növləri, başqa qoşun növləri var idi. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti misilsiz şücaət göstərdi, çox peşəkar komandanlıq var idi.

Mən bunları qeyd edərdim: əməliyyatların diqqətlə planlaşdırılması, peşəkar şəkildə toplanmış taktiki rezervlər, sürətli reaksiya, qeyri-xətti, standart olmayan həllərə hazırlıq və təkrar edirəm, klassik müharibə üsullarının düzgün istifadəsi. Axı həm zirehli maşınlar, həm də piyadalar istifadə olunurdu. Bütün bunlar kompeksdə elə qələbəyə gətirdi.

Gördüyümüz ən vacib şey, heyətin verilən tapşırığı yerinə yetirməyə və planlaşdırmağa hazır olması idi. Fərqli hərbi hissələr, fərqli qoşun növləri eyni anda hərəkət edirdi.

- Siz hərbi ekspert, analitik kimi Qarabağda Vətən müharibəsi hadisələrindən ən çox nəyi xatırlayırsınız?

- Pilotsuz uçuş aparatları və əla döyüş planlaması ilə yanaşı, əlbəttə ki, Şuşa şəhərinin azad edilməsi əməliyyatı. Müharibənin bu qəhrəmanlıq epizodu məni çox təsirləndirdi.

Azərbaycan ordusunun texnoloji üstünlüyü danılmazdır. Amma heç biri Azərbaycan ordusunun göstərdiyi qələbə iradəsini əvəz edə bilməz. Güclü iradəli insan keyfiyyətlərini heç bir robot əvəz edə bilməz. Ayrı bir məqam kadrların fiziki və taktiki hazırlığıdır.

Odur ki, Azərbaycan təcrübəsi, o cümlədən xüsusi təyinatlı qüvvələrin istifadəsi məqamlarının öyrənilməsi mütləqdir.

Nair Əliyev