Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin villasının şəkili yayıldı - FOTO



 

 

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosunu paylaşıb.


SeherXeber.org
 bildiri ki, Elşən Qafarov "Facebook”da yeni tikilməkdə olan 4 mərtəbəli villanın fotosunu paylaşaraq, onun Rəşad Tağıyevin çoxsaylı mülklərindən biri olduğunu yazıb.


"Gördüyünüz bu "kiçik” malikanə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi mülklərindən sadəcə biridir. Həzi Aslanov metrostansiyası yaxınlığında, "keçmiş hərbi hissə” adlanan ərazidə, Kazımağa Kərimov küçəsində yerləşir, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkdür. Dübəndi qəsəbəsində bu malikanədən 2 dəfə böyük daha bir malikanə də R.Tağıyevin son vaxtlar da əldə etdiyi əmlaklardan biridir.

Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villası - FOTOFAKT

Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villası - FOTOFAKT

Deyirəm, görəsən "şəffaf” işləyən birinin kiçik bir zaman ərzində bu qədər böyük sərvəti ələ keçirməsi nəyin hesabınadır? R.Tağıyevin şəxsi biznesi yoxdur, daha doğrusu Bakı şəhərində yerləşən 316 ümumi təhsil məktəbindən başqa şəxsi biznesi yoxdur…