Erməni komandir həbs edildi



 

Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində qanunsuz olaraq erməni silahlılarının hücumlarının təşkil edilməsi işində adı keçən polkovnik-leytenant Arsen Kazaryan həbs edilib. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat məlumat yayıb.

SeherXeber.org xəbər verir ki, Arsenlə bağlı, döyüş xidməti qaydalarının pozulması, xidmətdə səhlənkarlıq, döyüş meydanını icazəsiz tərk etmə, hərbi xidmətdən icazəsiz yayınma və rüşvət alma maddələri ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq aparılır.

Azərbaycan ərazilərinə soxulmaqda təqsirləndirilərək həbs olunan ermənilər də məhkəmədəki ifadələrində onların komandirlərinin A.Kazaryan olduğunu və məhz onun əmri ilə həmin ərazilərə yollandıqlarını etiraf ediblər.

SeherXeber.org