Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı



 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 234 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 557 554, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 488 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 068 624 təşkil edir.