Nazir daha bir rəis təyin etdi



 

 

Daxili işlər orqanlarında yeni təyinat olub. 

SeherXeber.org xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin müvafiq əmri ilə polis mayoru Yusif Hüseynov Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis vəzifəsinə təyin olunub. 

Məlumatı SeherXeber.org-a Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiq edib.

Xatırladaq ki, nazirin bugünkü əmri ilə polis polkovnik-leytenantı Azər Məmmədov Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Könül Cəfərli