Nazir polkovnik-leytenanta yeni vəzifə verdi



 

Daxili işlər orqanlarında yeni təyinat olub.

SeherXeber.org xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin rəisi polis polkovnik- leytenantı Azər Məmmədov vəzifəsindən azad olunaraq, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.