İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var



 

İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Z.Əliyeva küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Qəza nəticəsində İmişli şəhər sakini, 1973-cü il təvəllüdlü İbrahimov Davud Rahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.