Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO



 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62584 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39424 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7493034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4465644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 təşkil edir.