“Polis akademiyası”nın “kapitanı” vəfat edib - FOTO



 

“Polis Akademiyası” serialındakı rolu ilə məşhurlaşan aktyor Art Metrano 84 yaşında vəfat edib.

O, Floridanın Aventura şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış aktyor 1989-cu ildə - karyerasının zirvəsində olarkən onurğasından ciddi zədə alıb, bu səbəbdən ayaqları iflic olub. Lakin buna baxmayaraq, Metrano peşəkar karyerasını davam etdirdi və əlil arabasında olmasına baxmayaraq, “Metranonun Təsadüfi Komediyası” teatr şousunu yaradıb.

O, 2001-ci ilə qədər fəaliyyətini davam etdirib. Filmoqrafiyasında sonuncu film “How Stella Got Her Groove Back”, həmçinin “Chicago Hope” və “ Party Of Five” adlı ekran işləri olub.