Yaqub Zurufçunun səhhəti necədir? - AÇIQLAMA



 

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhətində heç bir irəliləyiş yoxdur”.

Bunu SeherXeber.org-a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O qeyd edib ki, Yaqub Zurufçu ötən gün süni tənəffüs aparatına qoşulub, vəziyyətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, 65 yaşlı Y. Zurufçu bir həftə əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”ya yerləşdirilib.

İlhamə Əbülfət