ABŞ-ın Azərbaycandakı səfirliyindən maraqlı hərrac



 

ABŞ-ın Azərbaycandakı səfirliyi istifadə edilmiş ikinci əl məişət mebelləri, cihazları və metal mətbəx mebelləri üzrə canlı hərrac keçirir.

Səfirlikdən verilən məlumata görə, hərrac sabah saat 11:00-dan 12:00-a qədər 2-ci Massiv (Badamdar şosesi 135) ünvanında keçiriləcək

Hərracın qaydaları, eləcə də lotlarla saat 09:00-dan 11:00-a qədər tanış olmaq mümkündür.

Qeyd edək ki, əraziyə hər hansı bir çanta ilə daxil olmağa icazə verilməyəcək. Alıcılar mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi manatla nağd şəkildə həyata keçirməlidir.