Oğuzda şəhidlərimizə qarşı böyük hörmətsizlik - VİDEO



 

Oğuz rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların məzarları üzərindən əklil və gül dəstələri götürülüb.

Bu barədə görüntüləri şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev sosial şəbəkələrdə yayıb. 

O iddia edib ki, əklillər Oğuz rayon icra başçısının birinci müavini Etibar Yusubovun tapşırığına əsasən kənardakı dərəyə atılıb.