Azərbaycan qızıl ixracından gəlirini xeyli artırdı



 

2021-ci ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilib.

Məlumatda qeyd olunub ki, “Azərgold” QSC bu il 76,3 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Əlavə olaraq qeyd edək ki, ötən il bu məbləğ 53,3 milyon ABŞ dolları olub.