Barak Baxar: “Hesabı bərabərləşdirmək asan deyildi”



 

“Hesabı 1:3-dən sonra bərabərləşdirməyimiz gözəl işin nəticəsidir”.

SeherXeber.org-ın xəbərinə görə, bunu İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Barak Baxar deyib.

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” Hayfa “Makkabi”si ilə qarşılaşıb. 3:3 hesabı ilə başa çatan oyundan sonra mətbuat konfransı keçirilib.

“Çox şadam ki, hesab belə başa çatdı. Çünki hesabı bərabərləşdirmək asan deyildi. “Neftçi”nin ilk qolu fantastik alındı. Bundan sonra onlarda özünəinam yarandı və daha iki qol vurdular.

Sabir Buqrin Mərakeş millisinə çağırılıbsa, deməli, güclü oyunçudur. Həmçinin “Neftçi”də Yusuf Laval və Emin Mahmudovun oyununu bəyəndim.

Bir həftə sonra qrupa düşmək üçün hər iki komanda İsraildə dincəlməyəcək. Gərgin oyun olacaq”, - deyə Barak Baxar deyib.

Səbuhi Musayev