Türkiyə mətbuatı “Qarabağ”ın transfer etdiyi futbolçunu “Kocaelispor”a “icarəyə göndərdi” - FOTO



 

Türkiyənin məşhur “Ajansspor” saytı “Qarabağ”ın dünən transfer etdiyi seneqallı hücumçu İbrahima Vadjinin “Kocaelispor”a keçdiyini xəbər verib.

SeherXeber.org-ın xəbərinə görə, “Kocaelispor” İbrahima Vadjini transfer etdi” başlıqlı xəbərdə onun Norveçin “Hauqesun” klubundan icarəyə götürüldüyü göstərilib.

Əslində isə dünən “Qarabağ” bu futbolçu ilə üç illik müqavilə bağlayıb.

Yeri gəlmişkən, “Hauqesun” klubunun idman meneceri Ayrik Upedal bu transfer barədə danışıb:

“Biz Azərbaycanın “Qarabağ” klubundan bizim istədiyimiz transfer qiyməti ilə uzlaşan təklif aldıq. O, özü də getmək istəyirdi. Belə olan halda onu buraxmaq və ona bu imkanı yaratmaq düzgün idi. Bu yay yaxşı hazırlaşmışıq. Onu hücum xəttində əvəzləyə biləcək ehtiyat oyunçularımız var”.

Qeyd edək ki, 26 yaşlı İbrahima Vadji cari mövsüm Norveç çempionatında 13 oyuna səkkiz qol vurub.

Səbuhi Musayev