Çempionlar Liqası: Bütün oyunlarda meydan sahibləri qələbə qazandı



 

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üç oyunu keçirilib.

Maraqlıdır ki, baş tutmuş hər üç görüşdə meydan sahibləri qələbə qazanıblar.

“Benfika” Portuqaliyada Niderlandın PSV klubunu 2:1 hesabı ilə məğlub edib.

“Yanq Boyz” İsveçrədə Macarıstan “Ferentsvaroş”una qalib gəlib - 3:2.

İsveç “Malmö”sü isə doğma meydanda Bolqarıstan “Lüdoqorets”indən güclü olub - 2:0.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

“Benfika” (Portuqaliya) - PSV (Niderland) - 2:1

Qollar: Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52

“Malmö” (İsveç) – “Lüdoqorets” (Bolqarıstan) - 2:0

Qollar: Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

“Yanq Boyz” (İsveçrə) – “Ferentsvaroş” (Macarıstan) - 3:2

Qollar: Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 - Frank Boli, 14; 82

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 24 və 25-də oynanılacaq.