Samir Abasov: “Bu vaxtadək oynadığımız rəqiblər arasında “Makkabi” ən təhlükəlisidir”



 

“Çox çətin rəqibdir. Bu vaxtadək oynadığımız rəqiblər arasında “Makkabi” ən təhlükəlisidir. Bu qarşılaşmalar avrokuboklarda son şansımız ola bilər. Ona görə də əlimizdən gələni etməliyik”.

SeherXeber.org-ın xəbərinə görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” Hayfa “Makkabi”sinə qarşı sabah ilk oyununu keçirəcək.

“Sonuncu, “Qəbələ” ilə oyundan sonra da bir sıra problemlərimiz qalıb. Sezar Meza Kollinin və Sabir Buqrinin durumunun oyun anınadək düzələcəyinə inanıram. Uqo Baştu isə hələ oynamağa hazır deyil. Çünki koronavirusdan yeni sağalıb. Çox güman ki, o oynamayacaq”, - deyə Samir Abasov bildirib.

Qeyd edək ki, “NeftçI” – “Makkabi” (Hayfa) oyunu sabah saat 21:00-da başlayacaq.

Səbuhi Musayev