Əczaçıya 120 il həbs



 

Demokratik Musavat xəbər verir ki, ABŞ-da 34 yaşlı Çikaqo sakini Tantanq Çjao həbs olunub. Ona qarşı 12 maddə üzrə cinayət işi qaldırılıb. O, dövlət əmlakına qəsd etməkdə ittiham olunur.
Çjao İnternet vasitəsilə yüzdən artıq koronavirus vaksinasiyası şəhadətnaməsi satıb. Bu cinayətinə görə, onu 120 il həbs cəzası gözləyir.

Əczaçı bu əməlini 2021-ci ilin mart-aprel ayında törədib. O, 11 müştəriyə koronavirus vaksinini təsdiqləyən 125 orijinal blank satıb və hər blanka 10 dollar alıb.
 
Şahnaz