Azərbaycan əsilli güləşçi Ukrayna prezidenti ilə görüşdü – FOTO



 

Ukrayna prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında çıxış etmiş ölkənin Olimpiya yığmasını qəbul edib. Qəbulda yunan-roma güləşü üzrə 67 kq çəki dərəcəsində Olimpiadanın gümüş medalını qazanan 23 yaşlı həmyerlimiz Pərviz Nəsibov da iştirak edib.

SeherXeber.org xəbər verir ki, bu barədə Azərbaycan əsilli idmançı özünün “Instagram” səhifəsində məlumat verib.

O, səmimi görüşə və çəkdikləri zəhmətə qarşılıq verilən dəyərə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezidentlə şəxsi tanışlığını özü üçün şərəf saydığını vurğulayan Pərviz, Zelenskinin iştirakı ilə Ukraynanın işıqlı gələcəyinin və çiçəklənməsinin təmin olunduğuna inandığını qeyd edib.