Ronaldu “Mançester Siti”yə keçə bilər



 

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu A Seriyasını tərk edə bilər.

Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, agent Jorje Mendeş portuqaliyalı futbolçunu “Mançester Siti”yə təklif edib. “Turinlilər”in 30 milyon avro qarşılığında Ronaldunun transferinə razılaşacağı qeyd olunur.