Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb - VİDEO



 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Əhməd Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.