Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək



 

Tokioda keçiriləcək Paralimpiya Oyunları zamanı tamaşaçıların idman arenalarına buraxılmayacağı bildirilib.

Bu barədə turnirin təşkilat komitəsindən məlumat verilib.

Müvafiq qərarın qəbul edilməsinə Yaponiyada epidemioloji vəziyyətin mürəkkəbliyi səbəb olub.

Həmçinin, yalnız idmanın inklüzivliyi proqramı çərçivəsində məktəblilərin yarışlara tamaşa etmələrinə icazə veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Tokio Paralimpiya Oyunları 24 avqust – 5 sentyabr aralığında keçiriləcək.