Azərbaycan qaz satışını iki dəfəyə qədər artırıb - FOTO



 

Azərbaycan yanvar-iyul ayları ərzində 12 061 122 840 kubmetr həcmində 2 014 914 970 dollar dəyərində təbii qaz ixracı həyata keçirib.

SeherXeber.org-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən illə müqayisədə ixrac həcmi 1,6 dəfə, ixracdan əldə edilən gəlir isə 526 495 010 dollar və ya 1,4 dəfə artıb.

İlin yeddi ayı ərzində Türkiyəyə 6 793 223 800 kubmetr həcmində (974 456 630 dollar dəyərində), İtaliyaya 2 561 584 640 kubmetr (658 300 340 dollar dəyərində), Gürcüstana 2 094 456 690 kubmetr həcmində (261 704 040 dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, Yunanıstana - 344 085 150 kubmetr (96 100 990 dollar dəyərində), Bolqarıstana - 134 907 930 kubmetr (19 309 950 dollar dəyərində), İran İslam Respublikasına - 132 864 620 kubmetr qaz (5 043 030 dollar) ixrac olunub.

Təkcə iyul ayında isə Azərbaycandan İtaliyaya 935 584 370, Türkiyəyə 500 347 550, Gürcüstana 104 484 490, Yunanıstana 77 625 150, İran İslam Respublikasına 48 812 140 və Bolqarıstana 15 347 860 kubmetr qaz ixracı baş tutub.

Nigar Məmmədova