Millimiz iki oyununu Sumqayıtda keçirəcək



 

21 yaşadək futbolçulardan ibarət millimizin (U-21) Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri müəyyənləşib.

SeherXeber.org xəbər verir ki, Milan Obradoviçin yetirmələri oktyabrda baş tutacaq hər iki matçı Sumqayıtda keçirəcək.

Yığmamızın qarşılaşmaları “Kapital Bank Arena”da baş tutacaq. Komandamız oktyabrın 8-də Xorvatiya, 12-də Finlandiyanı qəbul edəcək.

Qeyd edək ki, U-21 millimiz seçmə mərhələyə səfər matçları ilə start verəcək. Komandamız sentyabrın 2-də Xorvatiyanın, 7-də Avstriyanın qonağı olacaq.